Amazon şirkətinin səhmləri 10,2 milyard dollara satıldı

Amazon şirkətinin səhmləri 10,2 milyard dollara satıldı

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos bu həftə korporasiyanın səhmlərini 3,1 milyard ABŞ dollarına satıb.

Bu barədə CNBC telekanalı çərşənbə günü ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyasına yönəldilmiş xəbərdarlıqlara istinadən bildirib.

Bu həftəni nəzərə alaraq, dünyanın ən varlı insanı keçən il 2,8 milyard ABŞ dollarına nisbətdə bu il 10,3 milyard dollardan çox səhm satıb.