Alibaba şirkətinin xalis mənfəəti 19% azalıb

Alibaba şirkətinin xalis mənfəəti 19% azalıb

Çinin ən böyük internet şirkəti olan "Alibaba Group Holding"in cari ilin III rübünə xalis mənfəəti illik ifadədə 19% azalaraq 10,746 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabata görə, şirkətin bir səhm üzrə seyrəltilmiş mənfəəti bir il əvvəlki 4,45 yuandan (0,66 dollar) 3,48 yuana (0,51 dollar) düşüb. Gəlirlər 30% artaraq 45,483 mlrd. dollar olub.

Cari ilin III rübündə "Alibaba"nın xalis mənfəəti 3,907 mlrd. dollara bərabər olub ki, bu da bir il əvvəlkindən 2,6 dəfə azdır. Rüb ərzində hər səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 3,44 yuandan (0,51 dollar) 1,31 yuana (0,19 dollar) düşüb. "Alibaba"nın ötən rüb gəliri 30,2% artaraq 22,838 mlrd. dollara çatıb.

Qeyd edək ki, 1999-cu ildə Cek Ma tərəfindən təsis olunan "Alibaba Group" elektron ticarət sahəsində fəaliyyət göstərən Çinin ən böyük internet şirkətidir.