“Alibaba”nın qurucusu bir gündə 3,5 milyard dollardan çox zərərə düşdü

“Alibaba”nın qurucusu bir gündə 3,5 milyard dollardan çox zərərə düşdü

Ən zəngin çinli milyarderlərdən biri, “Alibaba”nın qurucusu Cek Manın sərvəti şirkətə qarşı başladılan antimonopol araşdırma səbəbi ilə onun səhmlərinin “çökməsi” nəticəsində bir gündə 3,5 milyard dollardan çox azalıb.

Bu haqda məlumat “Forbes Real-Time” reytinqinin məlumatlarında əks olunub.

Cümə axşamı hərracların sonunda Manın sərvəti təxminən 57,3 milyard dollar dəyərində idi. “Forbes”un məlumatlarına əsasən, bir günə bu sərvət 3,6 milyard dollar dəyərində itki ilə üzləşib. İş adamı reytinqdə 19-cu yerdədir.

Cümə axşamı “Alibaba”nın Honkonq və Nyu-York birjalarındakı səhmləri şirkətə qarşı antimonopol istintaqın başladılması xəbəri ilə ciddi düşüş yaşayıb. Şirkətin səhmləri Honkonqda 8,1%, NASDAQ-da isə 13,3% dəyər itirib.