Azərbaycanla Rusiya arasında mənfi ticarət saldosu 20% azalıb

Azərbaycanla Rusiya arasında mənfi ticarət saldosu 20% azalıb

Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,418 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətdə 312,924 milyon dollar və ya 11,5% azdır.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, hesabat dövründə ixracın həcmi 15,696 milyon dollar və ya 2,4% azalaraq 644,662 milyon dollar, idxalın həcmi isə 297,228 milyon dollar və ya 14,4% azalaraq 1,773 milyard dollar təşkil edib.

Nəticədə, cari ilin on bir ayında 1,128 milyard dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 281,533 milyon dollar və ya 20% azalıb.