Azərbaycanda bankların ipoteka kredit portfeli artıb

Azərbaycanda bankların ipoteka kredit portfeli artıb

2020-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan banklarının ipoteka kreditləri üzrə portfeli 8,6% - 1 milyard 947,4 milyon manata qədər artıb.

Bu barədə  Mərkəzi  Bankın  məlumatında bildirilir.

Açıqlanan məlumata görə, bankların bütün kredit portfelində ipoteka kreditlərinin  payı 13,4%-dək artırıb. Eyni zamanda sentyabr ayında verilmiş ipoteka kreditləri üzrə portfel 25 milyon manat artıb.