2021-ci il üçün gözlənilən orta aylıq əmək haqqı məbləği açıqlanıb

“Azərbaycanın əmək bazarında şəffaflaşma proseslərinin davam edəcəyini nəzərə alaraq, 2021-ci ildə orta aylıq əmək haqqı 727 manat məbləğində proqnozlaşdırılır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, 2020-ci ildə isə orta maaş 702 manat təşkil edib.